
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Media Türk TV”-də “Paşinyandan şok açıqlama – Kərkiyə görə Azərbaycanla müharibə” mövzusunda çıxış edib.
Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin Rusiya və İranın Ermənistanı Azərbaycana qarşı təhrik etməsi, bu ölkələrin ermənistanı öz nüfuz dairəsinə salmağa çalışması, revanşistlərin Azərbaycana aid əraziləri Azərbaycana qaytarmamağa çalışması, Paşinyanın isə Ermənistanı qorumaq üçün Azərbaycanla münasibətləri qaydaya salmağa çalışması, Azərbaycan dövlətinin güclənməyə davam etməsi, Güney Azərbaycanda müstəqillik uğrunda mübarizənin davam etməsi və s. məsələlərdən danışmışdır.
Sayın Əjdər bəyin çıxışının videosuna baxa bilərsiniz:
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi