Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Azərbaycan şairi Şəhriyarın anım mrasimi keçiriləcək

GADTB: Şərqi Azərbaycan Mədəniyyət və İslam İrşadı Təşkilatının sədri Nemətullah Payan deyib ki, bu il Məhəmməd Hüseyn Behcəti Təbrizinin (Şəhriyar) anım mərasimi beş gün müddətinə şairin doğma Xoşgənab kəndi və Təbrizdə keçiriləcək.

“Bu il ustad Şəhriyarın xatirəsini yad etmək proqramlarını yalnız rəsmi mərasimlə məhdudlaşdırmayaraq, fərqli və müxtəlif formalarda keçirməyə çalışırıq”,- o bildirib.

Payan əlavə edib ki, anım mərasimləri ilə yanaşı, bu proqramlar çərçivəsində ustad Şəhriyarın şəxsiyyətinin və ədəbi irsinin müxtəlif aspektləri təhlili üçün ədəbi görüşlər, mədəni proqramlar və bədii seminarlar da təşkil olunacaq.

Qeyd edək ki, 2 yanvar 1906 ildə anadan olan Şəhriyar, 18 sentyabr 1988-ci ildə Tehranda dünyasını dəyişib və 20 sentyabrda Təbrizdə Məqbərətüş-şüəra (Şairlər məqbərəsi) kompleksində torpağa tapşırılıb.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …