Çərşənbə axşamı , Noyabr 24 2026
azfa

Vəkil Zəhra Nəqşinə Təbrizdə məhkəmə çağırışından sonra həbs edilib

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü və vəkil Zəhra Nəqşinə sentyabrın 9-da, çərşənbə günü, Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci İstintaq Şöbəsinə müraciət etdikdən sonra həbs edilib.

Yayılan məlumata görə, Nəqşinə məhkəmə çağırışı aldıqdan sonra həmin şöbəyə gedib. Vəkil və hüquq müdafiəçisi Sina Yusəfinin sözlərinə görə, çağırış vərəqəsində ittiham bölməsində “cinayət xarakteri daşımır” ifadəsi qeyd edilib. İş isə Təbriz Kəşfiyyat İdarəsinin bu vəkilin hüquqi və tənqidi fəaliyyətləri və yazıları barədə hazırladığı hesabat əsasında açılıb.

Zəhra Nəqşinə vəkillik fəaliyyəti ilə yanaşı, həmkarlar ittifaqı və qadın hüquqları sahəsində də fəaliyyət göstərib. O, Vəkillər Kollegiyasının Qadınlar Komissiyasında və Qadınlara qarşı zorakılığın qarşısının alınması üzrə katiblikdə çalışıb.

Onun hazırda harada saxlanıldığı və vəziyyəti barədə ətraflı məlumat yoxdur.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “Ermənistanda ara qarışdı – Yeni konstitusiya qəbul edilir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

İran rejiminin çörək satışına tətbiq etdiyi yeni məhdudiyyətlər əhali arasında geniş narazılığa səbəb olub

GADTB: İranın bir sıra vilayətlərində subsidiyalı çörəyin alışına nəzarət gücləndirilib. Müəyyən edilmiş limiti aşan əhali …