Bazar , Noyabr 22 2026
azfa

Müharibədən sonra Urmiya gölünün suyunun həcmi artıb

GADTB: Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani bildirib ki, Urmiya gölündəki suyun həcmi ötən illə müqayisədə 10 dəfədən çox, gölün sahəsi isə 4 dəfədən artıq artıb.

Rəhmani gölün vəziyyətinin yaxşılaşmasına toxunaraq qeyd edib ki, bəzi tədqiqat mərkəzləri əvvəllər onun bərpasını mümkünsüz hesab edirdilər. Lakin indiki vəziyyət bu proqnozların əksini göstərir.

Bununla belə, suyun həcminin ötən illə müqayisədə artması heç də gölün davamlı şəkildə bərpa olunması demək deyil.

Güney Azərbaycan ekoloji və milli fəalları uzun illərdir İran İslam Respublikası rejimini bəndlərin tikilməsi, su ehtiyatlarının istiqamətinin dəyişdirilməsi və gölün su hüququna (ekoloji su payına) məhəl qoyulmaması yolu ilə Urmiya gölünü qəsdən qurudmaqda ittiham edirlər.

Son illərdə gölün qurudulmasına etiraz edən bir sıra azərbaycanlı fəallar həbs edilib, onların döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı məlumatlar yayılıb.

Həmçinin yoxlayın

Zənganda mərhum ustad Müslüm Əsgərinin xatirəsinə “Aşıqlar axşamı” mərasimi keçirilib

GADTB: 30 aban 1405-ci il, şənbə günü Zəngan şəhərindəki Mədəniyyət Mərkəzinin Yadegar salonunda “Aşıqlar axşamı” …

Tanker Trackers: İranın blokadanı sındırmaq üçün iddia etdiyi neft tankeri tamamilə saxtadır, bu xüsusiyyətlərə malik heç bir gəmi mövcud deyil

GADTB: Beynəlxalq neft tankerlərinin izlənməsi şirkəti olan Tanker Trackers, İran İslam Respublikasına aid olduğu iddia …