
GADTB: İrana yenidən hücum İsraili çoxcəbhəli müharibəyə sürükləyə bilər. İsrail ordusunun hərbi kəşfiyyat rəsmiləri ötən həftə qapalı qapılar arxasında keçirilən iclasda Benyamin Netanyahuya bu barədə xəbərdarlıq ediblər. İsrail mediasının məlumatına görə, onlar Hizbullahla toqquşmaların alovlanması, eləcə də Suriyada və Qəzzada gərginliyin artması ehtimalından danışıblar.
Bu qiymətləndirmə Netanyahunun və Mossad rəhbəri Roman Qofmanın proqnozları ilə ziddiyyət təşkil edir. Onlar dörd-yeddi gün davam edəcək məhdud hücumları nəzərdə tuturlar. İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir də daha əvvəl ölkədəki siyasi qeyri-müəyyənliyi və ABŞ-ın hücuma marağının azalmasını nəzərə alaraq, hazırkı şəraitdə hücuma keçməyi qeyri-mütənasib addım adlandırmışdı.
Tramp bildirib ki, diplomatiyaya ən azı Yeni ilədək fürsət verəcək. O, İslam Respublikası rejiminin danışıqlar aparan nümayəndələrini vaxtı uzatmaqda ittiham edib və razılaşma əldə olunmayacağı təqdirdə, Yeni ildən sonra hücumların bərpasına meyilli olduğunu söyləyib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi