Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə İranla əlaqəli qrupların Britaniya ərazisində həyata keçirdiyi “hədə-qorxu, təhdid və ya düşmənçilik fəaliyyətlərinə” dözməyəcəklərini bildirib.

Görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda baş tutub. Lammi Britaniyanın İranla əlaqəli qruplardan qaynaqlanan təhdidlərə qarşı mübarizə aparmaq əzmində olduğunu vurğulayıb.

Tərəflər, habelə, Yaxın Şərqdəki müharibəni və Hörmüz boğazının açıq saxlanılmasının vacibliyini müzakirə ediblər. Bununla yanaşı, “Reuters” Britaniya Xarici İşlər Nazirliyinin görüşlə bağlı şərh sorğusuna cavab vermədiyini bildirib.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …