
GADTB: Azərbaycanlı fəal Siyamək Mirzai 2026-cı il oktyabrın 10-da, şənbə günü, 10 milyard tümən girov müqabilində Ərdəbil Mərkəzi Həbsxanasından azadlığa buraxılıb.
O, 2026-cı il iyulun 7-də Əli Vasiqi və Əsgər Əkbərzadə ilə birlikdə həbs edilmişdi. Üç aydan artıq həbsdə saxlanıldıqdan sonra məhkəmə prosesinin sonunadək müvəqqəti olaraq azadlığa buraxılıb.
Əli Vasiqi də 2026-cı il oktyabrın 7-də 5 milyard tümən, Əsgər Əkbərzadə isə sentyabrın 2-də 8 milyard tümən girov müqabilində Ərdəbil Mərkəzi Həbsxanasından azad edilmişdilər.
Siyamək Mirzainin də azadlığa buraxılması ilə bu iş üzrə həbs edilmiş hər üç azərbaycanlı fəal məhkəmə prosesinin sonunadək müvəqqəti azadlığa çıxıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi