
GADTB: Cənubi Azərbaycan təmsilçisi “Traxtur” futbol komandası noyabrın 2-si, bazar ertəsi axşamı Asiya Elit Liqasının dördüncü turu çərçivəsində Özbəkistanın Fərqanə şəhərini təmsil edən “Neftçi” komandası ilə qarşılaşıb və məticə 2:2 hesabı ilə yekumlaşıb. Qarşılaşma Omanın paytaxtı Məsqət şəhərindəki Sultan Qabus stadionunda keçirilib.
Oyunun 55-ci dəqiqəsində Stipe Periçanın qolu ilə “Neftçi” hesabda önə keçib. Lakin 82-ci dəqiqədə Tomislav Ştrkal “Traxtur”un bərabərlik qolunu vurub. Özbəkistan təmsilçisi 90+4-cü dəqiqədə Yovoviçin qolu ilə yenidən hesabda üstünlük qazanıb.
10 nəfərlə mübarizə aparan “Traxtur” məğlubiyyət astanasında olduğu bir vaxtda, 90+8-ci dəqiqədə Məsud Kazımini qırmızı-ağların ikinci qolunu vuraraq Cavad Nekunamın komandasını məğlubiyyətdən xilas edib.
Bu nəticə ilə “Traxtur” dörd oyundan sonra iki xal toplayaraq Asiya Elit Liqasında ilk qələbəsini hələ də gözləyir. Qarşılaşma, eyni zamanda, türk dünyasının iki coğrafi bölgəsinin – Azərbaycan və Özbəkistanın təmsilçiləri arasında mübarizə olub.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi