Bazar ertəsi , Noyabr 9 2026
azfa

Molla rejimi sanksiyalardan yayınmaq üçün Çində gizli neft infrastrukturu qurub

GADTB: Molla rejimi ABŞ-nin neft sanksiyalarından yayınaraq ixracı davam etdirmək məqsədilə Çində gizli neft infrastrukturu yaradıb. Tehran Çində üç liman terminalına nəzarəti ələ keçirib və yeddi neft saxlama obyektini icarəyə götürüb.

Araşdırmaya görə, İranın nəzarətində olan liman terminalları Ninbo-Çouşan, Çindao və Pancin şəhərlərində yerləşir. Neft saxlama obyektləri isə Dalyan, Huicou və digər sahil şəhərlərində fəaliyyət göstərir.

Bu infrastruktur İran neftini daşıyan və Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şəmxaninin oğlu Hüseyn Şəmxani ilə əlaqələndirilən “kölgə donanması” tankerlərinin nefti birbaşa Çin alıcılarına çatdırmasına imkan verir.

İranın neft gəlirlərinə nəzarət uğrunda hakimiyyət daxilində yaşanan mübahisə də üzə çıxarılıb. Belə ki, Əli Şəmxaninin mərhum ali rəhbər Əli Xameneiyə ünvanladığı məktubda hökumətin neft ixracı siyasəti tənqid edilib.

Həmçinin yoxlayın

İran İslam Respublikası rejimi ABŞ-ın təhdidlərini bəhanə gətirərək MAQATE-nin tam nüvə nəzarətini rədd etdi

GADTB: “Bloomberg” agentliyinin məlumatına görə, İran İslam Respublikası Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) tam nəzarətini …

Türkiyədə COP31 tədbiri keçirilir

GADTB: Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP31) bu gün Antalyada …