
GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı hazırlamaq cəhdlərinə son qoymalıdır.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Parisdə keçirilən G7 sammiti çərçivəsində Yaxın Şərqi də əhatə edən İran, ABŞ və İsrail müharibəsinə toxunarkən belə deyib.
Almaniyanın Yaxın Şərqdə gərginliyin azaldılmasına töhfə verə biləcəyinə ümid etdiyini bildirən nazir deyib: “Çox ümid edirəm ki, İran nəhayət uranın zənginləşdirilməsi və nüvə silahı proqramlarından həmişəlik imtina etməli olduğunu anlayacaq”.
O, həmçinin Almaniyanın bu məsələdə “ABŞ-ın izlədiyi siyasi məqsədi” güddüyünü bildirib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi