Çərşənbə , Noyabr 11 2026
azfa

İranla Ermənistan İrəvandakı Azərbaycan məscidinin mərasim zalına erməni adı verdilər

GADTB: İrəvanda yerləşən tarixi Azərbaycan məscidi olan Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Bu barədə İranın Ermənistandakı səfirliyi də məlumat yayıb.

Artıq növbəti mərhələdə həmin zalda erməni şairin büstünün qoyulmasının da planlaşdırıldığı söylənilir.

Eyni zamanda İrəvanda işgüzar səfərdə olan İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi şairin adının əks olunduğu lövhənin açılışını edib.

İranın Ermənistandakı səfirliyindən məlumatına əsasən, növbəti mərhələdə məscidin mərasim zalında Çarentsin büstünün quraşdırılması nəzərdə tutulur.

Qeyd edık ki, tarixi Azərbaycan ərazisi olan İrəvanda yerləşən Göy məscid Azərbaycanın tarixi-mədəni irsi ilə bağlı mühüm abidələrdən biridir. Məscid XVIII əsrdə İrəvan xanlığı dövründə inşa edilib və İrəvan xanı Hüseynəli xanın adı ilə bağlıdır.

Həmçinin yoxlayın

Binab şəhərinin məhəllə lövhələrinə qədim türk mənşəli adlar qaytarılır

GADTB: Binabın tarixi və mədəni kimliyinin qorunması istiqamətində diqqətəlayiq addım atılıb. Şəhər bələdiyyəsi bəzi məhəllələrin …

İslam Respublikasının aylarla davam edən bombardmanlara baxmayaraq, ayda hələ də 50 raket istehsal etdiyi bildirilir

GADTB: “Blumberq”in məlumatına görə, Qərbin kəşfiyyat qiymətləndirməsi göstərir ki, İslam Respublikası hələ də ayda təxminən …