
GADTB: Tehranın bələdiyyəsinə məxsus mətbu orqan olan “Həmşəhri” qəzeti bazar ertəsi, 2 azər tarixində “Bütün Avropa İranın raketlərinin hədəfindədir” başlıqlı görüntü yayımlayaraq yazıb ki, “coğrafi məhdudiyyət olmadan cavab” göstərişi İslam Respublikasının çəkindirmə strategiyasında dəyişikliyin əlaməti ola bilər.
Qəzet İranın raket proqramının 2 min kilometrlik həddi keçməsi ehtimalına toxunaraq yazıb: “Ballistik raketlərin mənzilinin təxminən 5 min kilometrədək artırılması Qərb ölkələrində narahatlığa səbəb olub”.
“Həmşəhri” qəzeti, həmçinin Müctəba Xameneinin hərbi komandirlərə verdiyi “strateji göstəriş” adlandırdığı açıqlamadan sonra İran raketlərinin mənzilinin artırılması məsələsinin beynəlxalq müşahidəçilərin diqqət mərkəzinə əvvəlkindən daha çox gəldiyini və İran raketlərinin mənzilinin hansı həddədək artırıla biləcəyi sualının gündəmə çıxdığını yazıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi