Şənbə , Noyabr 28 2026
azfa

Molla rejimi Zəngəzur dəhlizinə qarşı mövqe sərgiləyib

GADTB: İrqçi fars-molla rejimi yenidən Zəngəzur dəhlizinə qarşı çıxır. Molla rejimin Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi “TRIPP marşrutu” (Zəngəzur dəhlizi) layihəsi ilə bağlı açıqlamasında Ermənistanla münasibətlərin yüksək səviyyədə olduğunu, lakin İran sərhədləri yaxınlığında hər hansı hərbi və ya təhlükəsizlik qüvvələrinin mövcudluğunu qəbuledilməz hesab etdiklərini bildirib.

Baqayi mətbuat konfransında deyib ki, Tehran Cənubi Qafqazda iqtisadi əlaqələrin genişləndirilməsini və tranzit yollarının açılmasını dəstəkləyir. Ancaq bu proses qonşu və region dövlətlərinin maraq və narahatlıqlarına hörmət əsasında həyata keçirilməli, bölgənin geosiyasi vəziyyətində dəyişikliklərə səbəb olmamalıdır.

O deyib: “Ermənistanla əlaqələrimiz əladır və iki ölkə arasında yüksək səviyyədə etimad mövcuddur. Bununla belə, təbii ki, biz üçüncü tərəflərə etibar etmirik və edə də bilmərik”.

İsmayıl Baqayi həmçinin deyib ki, Tehran proseslərin gedişatını diqqətlə izləyəcək.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …