
GADTB: Şəbistərin Nadarlı kəndindən olan gənc Əli Baqiri noyabrın 26-da təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən saxlanılıb.
Yayılan məlumatlara görə, təhlükəsizlik qüvvələrinin əməkdaşları bu vətəndaşın evinə basqın edərək, onu tənqidi məzmunlu paylaşımlar etdiyi və rejimə qarşı olduğu üçün həbs ediblər.
Onun saxlanılmasından təxminən 10 gün keçməsinə baxmayaraq, Əli Baqirinin harada saxlanıldığı, fiziki vəziyyəti və hüquqi durumu barədə indiyədək heç bir məlumat əldə etmək mümkün olmayıb. Ailəsi hələ də onun taleyindən xəbərsizdir.
Ailəsinin bu fəlın vəziyyəti və saxlanıldığı yer barədə məlumat ala bilməməsi onun durumuna və həbsinin hüquqi əsaslarına dair narahatlıqları artırıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi