Bazar ertəsi , Aprel 27 2026
azfa

Babək Qalası Qurultayından sonra Güney Azərbaycanda yeni polisə çağrılma dalğası

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Babək Qalası Qurultayından sonra Güney Azərbaycanda yeni polisə çağrılma dalğası başlayıb. Son günlər Xoy, Marağa və s. şəhərlərdə azərbaycanlı fəallar polis idarəsinə çağrılıblar.

Polis idarəsinə çağrılan fəallardan biri də azərbaycanlı milli-mədəni fəal, mühəndis və yazıçı Həmid Yeganəpurdur. Fəal irqçi və işğalçı fars rejiminin Marağa Şəhərindəki polis idarəsinin təhlükəsizlik bölməsinə çağırılıb.

Məlumata görə, azərbaycanlı fəal son vaxtlar qələmə aldığı məqalələrə görə polis idarəsinə çağırılıb.

Bir neçə saat polis idarəsində dindirilən fəal son dövrlərdə iqtisadi vəziyyət və irqçi fars rejimin təhsil nazirinin irqçi bəyanatı ilə bağlı olub.  Fəal həmin məqalədə Azərbaycan türkcəsinin məktəblərdə tədris olunmasını tələb edib.

Bununla təxminə eyni vaxtda Xoy şəhərində də azərbaycanlı milli-mədəni fəal Məhəmmədhadi Abbaszadə irqçi və işğalçı fars rejimin polis idarəsinin təhlükəsizlik hissəsinə çağrılıb.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …

Bir cavab yazın