Bazar , Noyabr 15 2026
azfa

Macarıstanda VI Hun-Türk Qurultayı başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqustun 8-13-də Macarstanda VI Hun-Türk Qurultayı keçiriləcək.

Bu barədə Azərbaycan türkləri və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin (ATXƏM) icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin açıqlama verib.

İlqar İlkinin sözlərinə görə, hər iki ildən bir keçirilən qurultayda Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkstan, Türkmənistan, Qırğızstan, o cümlədən bir çox dövlətlərin tərkibində muxtar subyekt olaraq yaşayan türklər iştirak edəcək. Həmişə olduğu kimi bu qurultayda da 30-a yaxın ölkədən 300 minə yaxın ziyarətçinin qatılacağı ehtimal edilir.

Quzey Azərbaycandan isə qurultayda iştirak etmək üçün ATXƏM sədri İlham İsmayılov, Milli Məclisin deputatı Qənirə Paşayeva, sənətçi Şəmistan Əlizamanlı, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin, QHT təmsilçisi Arzu Bağırova sabah Macarstana yola düşəcək.

Qeyd edək ki, qurultayda türk dünyasını düşündürən məsələlər, birgə fəaliyyət proqramları da müzakirə olunur. Eyni zamanda qurultay Türk xalqlarının birlik və bərabərliyini gücləndirmək üçün önəmli bir əməkdaşlıq platformasıdır.

 

Həmçinin yoxlayın

İsrail molla rejiminə qarşı birtərəfli hücuma hazırlaşır

GADTB: İsrail mediası xəbər verir ki, İran İslam Respublikası tərəfindən təcili təhlükə əlamətlərinin olmamasına baxmayaraq, …

Təbriz, Marağa və Əhər UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə qoşulmaq yolunda

GADTB: Yaradıcı Şəhərlər İnstitutunun icraçı direktoru Təbriz, Marağa və Əhər şəhərlərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə …

Bir cavab yazın