Cümə , Dekabr 27 2024
azfa

Urmiyanın Şəhrdari Komandasının ləğvində kürdlərin əlində oyuncaq olan Əlizadə rəis edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyanın Şəhrdari Voleybol Komandasının ləğvində kürdlərin əlində oyuncağa çevrilən Əlizadə İmamzadə Urmiyanın Şəhər Şurasına rəis təyin olundu.

Əlizadənin Urmiya Şəhər Şurasında kürd terrorçuların himayəçisi olan kürd üzvlərin əlində oyuncağa çevrilmək və Azərbayanın mənafeyinə zidd çalışmaqla özünə kürdlər arasında yer etməyə çalışıb. Lakin Azərbaycan türk milləti bu xiyanətləri diqqət mərkəzində saxlayır və unutmur.

Artıq Urmiya Şəhər Şurasında bu və digər xain üzvlərinin Urmiya Şəhrdari Komandasının ləğvinə səs vermələrinin işçilərin əmək haqqı ilə bağlılığı olmadığı məlum olub. Belə ki, Urmiya Şəhər Şurasının sözçüsü Məhəmməd Xəlilpur işçilərin əmək haqqı məsələsini komandanın ləğv edilməsi üçün bəhanə olduğunu deyərək qeyd edib ki, cari ildə Urmiya Bələdiyyə İdarəsinin ümumi büdcəsi 1279 milyard tümən olub. Klubun büdcəsi isə 12 milyard tüməndən ibarətdir. Həm də bu məbləğ təkcə voleybola görə deyil, bütün komandalar üçün nəzərdə tutulub. İstənilən halda voleybol komandasının ləğvini tələb edən Şura üzvləri öz mövqelərini dəyişməsələr, qərar İxtilafları Həll Edən Şuraya göndəriləcək.

Göründüyü kimi işçilərin əmək haqqı bəhanədir və kürdlər Azərbaycan türklərinə aid komandaları ləğv edib, Azərbaycan büdcəsini isə kürd komandalara ayırırlar.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın