Çərşənbə , Noyabr 25 2026
azfa

İdlibdə türk ordusunun qorxusu Əsədin əsgərlərini geri oturtdu

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyənin İdliblə sərhəd rayonlarına əlavə canlı qüvvə və zirehli texnika göndərməsi Bəşər Əsəd tərəfdarlarından ibarət rejim ordusunun canına qorxu salıb.

Bu barədə danışan suriyalı general Fuad Suad 800-dən artıq rejim əsgərinin cəbhədən qaçdığını bildirib.

“Qazanan tərəf “qan tökülməsin” deyən Türkiyə oldu. Türk ordusu və türk siyasət ənənələri İdliblə bağlı uğurla imtahan verdi. Cəbhəyə əlavə qüvvələr cəlb edilməsi və sərhəddə kəskinləşən vəziyyət Suriya rejimini ciddi anlamda qorxuya sövq etdi. Bu vəziyyət cəbhəyə də təsir göstərdi. Bizim dinlədiyimiz rabitə və telefon danışıqlarında bu təşviş halı öz əksini tapır”, – general deyib.

 

Həmçinin yoxlayın

Əjdər bəy Tağızadə GADTB-nin başqanlığından istefa verib, Mərkəzi Komitədə fəaliyyətini davam etdirəcək

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Mətbuat Mərkəzinin məlumatına görə, GADTB başqanı sayın Əjdər …

“Suri” məhəbbət hekayəsi Qəzvinin Ələmut bölgəsindən Ərdəbilə – Zəncan teatr səhnəsində

GADTB: Məşhud İbrahimxaninin müəllifi və quruluşçu rejissoru olduğu türkcə “Suri” tamaşası Zəncan şəhərindəki İmam Mədəniyyət …

Bir cavab yazın