Bazar ertəsi , Aprel 27 2026
azfa

Azərbaycan şairi Mir Fəttah Marağayinin türcə şeirləri Azərbaycana gətirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov XVIII əsr Azərbaycan şairi Mir Fəttah Marağayinin anadilli şeirlərini aşkar edib.

Kərimov indiyədək adı ədəbiyyat tariximizə düşməmiş XVIII əsr Azərbaycan şairi Mir Fəttah Marağayinin anadilli şeirlərini aşkar edib.

Mir Fəttah Marağayi dövrünün görkəmli mütəsəvvif alimi, Marağa şəhərinin şeyxülislamı, Səfəvi hökmdarı Sultan Hüseynin müasiri olmuş, 1761-ci ildə Kərim xan Zəndin hakimiyyəti dövründə vəfat etmişdir. Onun ədəbi irsinə “Riyazül-fütuh” və “Saqinamə” adlı məsnəviləri, eləcə də, şeirləri daxildir. Şair ana dilindəki şeirlərini “Fəttah”, farsca şeirlərini “İşraq” təxəllüsü ilə yazmışdır.

Mir Fəttah Marağayinin Məclis kitabxanasından surəti əldə edilmiş 77 vərəq həcmindəki anadilli şeirləri Kərbəla hadisələrinə həsr edilmiş, yüksək bədiiliyi ilə seçilən sadə dildə yazılmış məsnəvilərdi.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …

Bir cavab yazın