Çərşənbə , Sentyabr 23 2026
azfa

Qaşqay türklərinin məşhur sənətçisi vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türklərinin məşhur musiqi ustadı Fərhad Qorginpur vəfat edib.

Uzun sürən xərçəng xəstəliyindən sonra qaşqay türk musiqisinin usatdı 2018-ci il oktyabrın 31-də 70 yaşında Şirazın Namazi Xəstəxanasında dünyasını dəyişib.

Fərhad Qorqinpur həmçinin “Qaanıdan Tulluyadək”, “Ayrılıq vaxtı”, “Qərib və Sənəm” və “Koroğlu” kitabları nəşr etdirmişdir.

Qeyd edək ki, Fərhad Qorqinpur 1948-ci ildə Şiraz şəhərində yaşayan Qaşqay türk ailəsində dünyaya göz açıb. Gözləri zəif görən musiqiçi 50 yaşında görmə qabliyyətini təmamilə itirsə də, akkordeon ifaçısı kimi Qaşqay milli musiqisində  böyük şöhrət kəsb etmişdir. O Qaşqay türklərinin milli musiqisinin çiçəklənməsində də böyük rol oynayıb.

Fərhad Qorqinpur cümə günü, noyabrın 1-də Abadə şəhərinin qəbiristanlığında dəfn olunub. Ruhu şad olsun.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …

Bir cavab yazın