Rejimin törətdiyi maneələrə görə Təbrizdə Füzuli Mədəniyyət Müəssisəsinin təsisinin qarşısı alınıb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı fars rejimi Güney Azərbaycanda Azərbaycan mədəniyyəti ilə bağlı hər hansı cəhdin qarşısında böyük maneələr yaradır. Rejim Təbrizdə Füzuli Mədəniyyət Müəssisəsinin təsisinə cəhdin də qarşısını alıb.

Məlumata görə, azərbaycanlı şair, yazıçı və tanınmış Füzulişünas alim dr.Fərman Fərzi Təbrizdə “Füzuli Məclisi”nin dayandırıldığı və Füzuli Mədəniyyət Müəssisəsini təsis etmək təşəbbüsündən əl çəkdiyini bildirib.

Dr.Fərzi qeyd edib ki, “Füzuli Məclisi” Təbriz Bələdiyyə İdarəsinin Mədəniyyət və İncəsənət Təşkilatının yalnış idarəçiliyi, xüsusi ilə təşkilatın rəisi Mikayıl Nəzərinin zəif fəaliyyətindən bəlkə də bir dəfəlik tətil edildi.

Dr.Fərzi bildirib ki, Təbrizdə Füzuli Mədəniyyət Müəssisəsini təsis etmək təşəbbüsündən vaz keçmək məcburiyyətində qalıb.

O deyib: “1 ildir ki, Məhəmməd Füzuli adına Mədəniyyət Müəssisəsini qeydiyyata alınmasına çalışıram. Artıq yorqunluq və ümidsizlikdən bütün sənədləri zibil qabına atdım. Bir il əziyyətdən sonra əliboş evə qayıtdım”.

Qeyd edək ki, “Füzuli Məclisi” Təbrizdə hər həftə azərbaycanlı yazıçı, şair və mədəni fəalların iştirakı ilə keçirilirdi. Lakin işğalçı fars rejimin təhlükəsizlik orqanları müxtəlif bəhanələrlə ədəbi məclislərin keçirilməsinə bir neçə dəfə maneə yaradıblar.

 

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Bir cavab yazın