Azərbaycanlı milli fəallar Urmiyada türk dilində kitablar payladılar-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünın noyabr ayının 17-də Urmiyanın azərbaycanlı milli-mədəni fəalları Urmiyada uşaqlara türk dilində kitablar payladılar.

Türk dilində kitabların uşaq baxçalarında paylanılması onlar arasında ana dilində oxumağa marağın artırılması nəqsədi güdüb. Azərbaycanlı uşaqlar aldıqları kitab hədiyyəsindən hədsiz dərəcədə seviniblər.

Qeyd edək ki, bu il sentyabr ayından azərbaycanlı milli-mədəni fəallar Azərbaycanın müxtəlif şəhərlərində, xüsusilə, Ərdəbil, Zəncan, Təbriz, Xiyav və s. şəhərlərdə azərbaycanlı məktəbliləri ana dilinə həvəsləndirmək üçün məktəblilərə türk dilində kitab hədiyyə ediblər. Bundan məqsəd isə irqçi fars rejimin Azərbaycan türklərini assimilyasi etməsi cəhdinin qarşısını almaqdır.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …

Bir cavab yazın