Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Çin uyğur türklərinin evlərinə bir milyondan çox çinli casus yerləşdirib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, uyğur türklərinə qeyri-insani işgəncə və soyqırımına görə günahlandırılan Çin uyğur türklərinin evlərinə bir milyondan çox çinli casus yerləşdirib.

Özlərini uyğur türklərinə qohum kimi tanıdan bu casuslar Şərqi Türküstan bölgəsində ziyarət etdikləri ailələrin nə qədər dindar olduqları istiqamətində müşahidə edərək hökuməti məlumatlandırdı.

Amerikalı ekspert Darren Bylerin hazırladığı hesabata görə, casuslar uyğur Türklərinin namaz qılıb-qılmadığını, Ramazan ayında oruc tutub tutmadığı, evdə Quran olub olmadığını, qadınların geyim kuşamlarını və İslami sözlər istifadə etmədiyinə nəzarət edir.

Asiya Cəmiyyətləri Mərkəzinin nəşr etdiyi hesabata görə, toplanan kəşfiyyat, toplama düşərgələrinə göndəriləcək uyğur türklərini təsbit etmək üçün istifadə edilir.

Bylerin hesabatı Çin Kommunist Partiyasının rəsmi komitəsi tərəfindən təsdiqləndi.

Araşdırmaya görə, 2014-cü ildə 200 min, 2016-da 110 min və 2017-də isə bir milyondan çox çinli casusun uyğur kəndlərinə göndərildiyini ifadə edildi.

 

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …

Bir cavab yazın