Cümə , Aprel 26 2024
azfa

İrqçi farslar Azərbaycan Respublikasına qarşı ermənilərə dəstək verib – Video

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Tehranın “Azadi” stadionunda noyabrın 25-i baş tutan “Perspolis” – “Traxtur” qarşılaşması zamanı meydan sahiblərinə dəstək üçün gələn irqçi farslar və irqçi fars rejiminin əlaltıları Azərbaycana qarşı təxribat törədib.

Onlar oyundan öncə “Traxtur” tərəfdarlarının, eləcə də Azərbaycan vətəndaşlarının heysiyyatına toxunan video yayımlayıb. Videoda əllərində Qarabağın ermənicə qondarma adı yazılmış lövhə tutan 3 nəfər oyunda “Artsaxe erməni” şüarını səsləndirəcəklərini bəyan ediblər:

Videoda irqçi rejimin əlaltıları deyir: “Bazar günü 25 noyabrdakı matçda stadiona gedəcəyik və pantürklərin “Xəlic-i ərəbi” şüarları qarşısında “Artsax erməni” şüarı səsləndirəcəyik ki, bu da Qarabağın düzgün adıdır: “Artsaxe erməni!..”

Videoda Qarabağ sakinlərinin səfalət içində yaşadığını əks etdirən görüntülər də göstərilib. Görüntülərdə səfalət içində yaşayan insanların durumunda Bakı günahlandırılır:

“Qarabağda zülm altında yaşayan insanları görün. Onlar Bakının Qarabağı iqtisadi mühasirəyə alması səbəbindən ağır durumda yaşayır. Biz hamımız Bakının pantürklərinin əməllərini pisləyirik. Hamımız “Artsax” şüarı səsləndirəcəyik!”

Qeyd edək ki, “Perspolis” – “Traxtur” qarşılaşmaları zamanı oyun stadionda səsləndirilən sərt şüarlarla yadda qalır. Soydaşlarımız oyunlar zamanı mədəni haqlarını, qadın azadlığını tələb edir, “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Türk dilində mədrəsə – olmalıdır hər kəsə”, “Ya Qarabağ, ya ölüm”, “Öl desən, ölərəm mən” kimi şüarlar səsləndirirlər. Farslar isə qarşılığında “Ölüm olsun türkə”, “Eşşək türk” və nəlayiq ifadələr işlədərək azarkeşləri hövsələdən çıxarırlar.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın