Çərşənbə axşamı , Noyabr 24 2026
azfa

İsrail irqçi fars rejimin SEPAH qüvvələrinin Qüds qanadının bazalarını bombaladı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, dünən 2018-ci il noyabrın 29-u axşam saatlarında İsrail qırıcıları Suriyada yerləşən irqçi fars rejimin SEPAH qüvvələrinin Qüds qanadının bazalarını bombardman edib.

Rejimin hərbi bazalarına Dəməşqdə və Suriyanın cənubunda yerləşən “Əl-Kusuh” məntəqəsindəki hərbi mövqelərinə və onların silah anbarlarına hava zərbələri endirib. Bir saat davam edən hücum nəticəsində bir neçə silah anbarı, eləcə də İrana bağlı onlarla hərbi muzdlu məhv edilib.

Suriyanın hava hücumundan müdafiə sistemi İsrail qırıcılarına qarşı geniş atəş açsa da, İsrail atılan raketlər qırıcılara dəymədiyini bildirib.

Həmçinin yoxlayın

Azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlləfi girov müqabilində Təbriz həbsxanasından azad ediliblər

GADTB: Dünən, bazar ertəsi günü Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü olan iki vəkil – Rza …

İranda yanacaq böhranı və elektrik kəsintiləri daha da kəskinləşir

GADTB: Dekabrın 1-dən etibarən yaşayış evləri və ticarət obyektlərində elektrik enerjisinin yenidən kəsilməsinə başlanması, qaz …

Bir cavab yazın