OPEC hasilatı azaltmağa razılaşdı –Kartel ölkələri Rusiyadan cavab gözləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Vyanada keçirilən OPEC görüşündə neftin hasilatını azaltmaq barədə ilkin razılaşma əldə olunub. Amma ixtisarın həcmi barədə qərar qəbul olunmayıb.

Kartel üzvləri təşkilata daxil olmayan Rusiya kimi iri neft ixracatçılarının reaksiyasını gözləyirlər.

Oktyabr ayından bəri neft bazarlarında təqribən 30 faizlik ucuzlaşma müşahidə olunur.

Bundan əvvəl ABŞ prezidenti Donald Trump neft qiymətlərinin aşağı səviyyədə qalması üçün OPEC ölkələrini hasilatı ixtisar etməməyə səsləyib. Səudiyyənin energetika naziri yekun qərarın cümə günü gözləndiyini deyib.

 

Həmçinin yoxlayın

Zəncanda yenidən saxlanılan Leyla Cəfərlunun taleyindən məlumat yoxdur

GADTB: Zəncan şəhərindən olan azərbaycanlı gənc xanım Leyla Cəfərlunun yenidən saxlanılmasından bir neçə gün keçməsinə …

İran və Birləşmiş Ərəb Əmirliyi arasında toqquşma olub

GADTB: İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) raket və PUA hücumlarını davam etdirir. Bu barədə BƏƏ …

Bir cavab yazın