Cümə , Sentyabr 18 2026
azfa

Human Rights Watch: “İran edam cəzalarından cəmiyyətdə qorxu yaratmaq üçün istifadə edir”

GADTB: Human Rights Watch BMT-yə üzv dövlətləri İranda artan edamların dayandırılması üçün rəsmi Tehrana qarşı koordinasiyalı təzyiq göstərməyə çağırıb.

Təşkilat bildirib ki, son təxminən bir ay yarım ərzində İranda azı 28 nəfər “siyasi ittihamlar” əsasında edam olunub.

Bahar Saba təşkilatın “X” sosial şəbəkəsində yayımlanan videomüraciətində qeyd edib ki, həmin şəxslər əsas hüquqların təmin olunmadığı məhkəmə proseslərində mühakimə ediliblər və bəzi hallarda etirafların təzyiq və işgəncə altında alındığı iddia olunur.

Onun sözlərinə görə, İran hakimiyyəti edam cəzasından cəmiyyətdə qorxu yaratmaq və ictimai nəzarəti gücləndirmək vasitəsi kimi istifadə edir.

Human Rights Watch BMT üzvlərini birgə və koordinasiyalı addımlar ataraq İranı edam hökmlərinin icrasını dayandırmağa çağırmağa səsləyib.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …