Ruhani sanksiyaların rejimin iqtisadiyyatını iflic etdiyinə etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ruhani və rejimin digər rəsmiləri əvvəllər yalandan sanksiyaların təsirini inkar etsələr də, artıq geri oturub və sanksiyaların təsirinə etiraf edirlər.

Rejimin prezidenti Ruhani bu barədə sanksiyaların təsirinə etiraf edərək, özlərinə ümid vermək məqsədilə deyib ki, Vaşinqtonun Tehrana qarşı sanksiyaları İranda həyat səviyyəsinə mənfi təsir göstərsə də, ABŞ məqsədinə çata bilməyəcək.

H.Ruhani bildirib ki, İran hökuməti parlamentin, xalqın və ali liderin dəstəyi ilə çətinliklərin öhdəsindən gələcək: “Birləşmiş Ştatlar isə məğlubiyyətə düçar olacaq”.

O əlavə edib ki, ABŞ-ın əsas məqsədi İranı diz çökdürməkdir: “Birləşmiş Ştatların məhdudlaşdırıcı tədbirləri beynəlxalq razılaşmaları pozur və birbaşa İran xalqına, regionun əhalisinə və beynəlxalq təşkilatlara qarşı yönəlib”.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın