GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropanın SWIFT sistemini əvəz edəcək sistem qurmadığı üşün irqçi fars rejimin ümidlərini puça çıxardı.
Məsələyə toxunan rejimin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib ki, Avropa ölkələri SWIFT sistemini əvəz edəcək, ABŞ-ın İrana qarşı sanksiyalarından yan keçəcək maliyyə hesablaşmalar mexanizminin istifadəyə verilməsi üçün lazımi infrastruktura sahib deyillər.
“Bizim fikrimizcə, avropalılar mexanizm üzərində işi bitirməyə çalışırlar, amma bu proses ciddi şəkildə uzadılıb. Avropa nümayiş etdirir ki, bu maliyyə kanalının buraxılması üçün lazımi infrastruktur sayına sahib deyil. AB daimi olaraq ABŞ-ın təzyiqi altındadır. Amerikalılar hər şeyi edir ki, belə əməkdaşlığa mane olsunlar. Biz avropalılara xatırlatdıq ki, alternativ istiqamətlər ətrafında işləyirik. Onlar uzun müddət mexanizm üzərində çalışdılar və biz onların məsələnin həllində qabiliyyətsizliyini görürük”, – deyə o bildirib.
Qeyd edək ki, İran və AB SWIFT sisteminə alternativ olaraq banklararası əlaqə kanalının yaradılması üzərində çalışırdılar.