Rejimin məhkəməsi azərbaycanlı fəal Abbas Lisaninin 10 aylıq həbs cəzasını təsdiq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Təbrizdə yerləşən İnqilab məhkəməsi tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani barədə qiyabi çıxarılan 10 aylıq həbs cəzasını təsdiq edib.

Məlumata görə fəalın qiyabi çıxarılan həbs hökmünə verilən qərar rejimin İnqilab məhkəməsinin 2-ci şöbəsi tərəfindən azərbaycanlı fəalın vəkilinə elan edib.

Həmin hökmdə qeyd olunub ki, Şərqi Azərbaycan Vilayəti ETTELAAT İdarəsinin hesabatına əsasən Abbas Lisani iyulun 25-də Həsən Hergülünün dəfn mərasimində etdiyi çıxışda islam cümhuriyyəti sisteminə qarşı qarayaxmaya cəhd edib və mərasim iştirakçılarını təhrik edərək onların millətçilik zəminində şüar səsləndirməsinə səbəb olub. Bu məsələdən ölkədaxili və xaricdəki bölücülər, həmçinin xarici kanallar bəhrələnib. Şərqi Azərbaycan Vilayəti ETTELAAT İdarəsinin digər hesabatına əsasən Abbas Lisani öz evində əqidədaşları ilə söhbətdə onları qanunsuz yığıncaq, xüsusi ilə də Babək Qalası Qurultayı keçirməyə çağırıb.

Qeyd edək ki, azərbaycanlı fəal sistemin əleyhinə təbliğat aparmaqda ittiham edilib, onu bundan əvvəlki müvəqqəti saxlanma müddəti hesab olunmaqla 10 ay həbs cəzasına məhkum edilib.

 

Həmçinin yoxlayın

Zəncanda kənd təsərrüfatı işçiləri etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər saatlarında İran Kənd Təsərrüfatı Nazirliyinin …

GADTB Beynəlxalq Əlaqələr Departamentinin İran mola rejiminin Azərbaycan və Türkiyəyə qarşı səsləndirdiyi ifadələlərlə bağlı bildirişi

GADTB: GADTB Beynəlxalq Əlaqələr Departamenti İran mola rejiminin Azərbaycan və Türkiyəyə qarşı səsləndirdiyi ifadələlərlə bağlı …

Bir cavab yazın