Rejimin əlaltıları türk dili ixtisası tələbinə görə Marağa Universitetinin öyrəncisini hədələyiblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Marağa Universitetindəki əlaltıları Azərbaycan türkcəsi ixtisası tələbi ilə bağlı çoxsaylı imza toplamasını təşkil edən Marağa Universitetinin azərbaycanlı  öyrəncisi Salar Sərkeşi Universitetdən çıxarılmaqla  hədələyiblər.

Salar Sərkeşi bununla bağlı imzatoplama kampaniyası təşkil edən öyrəncilərdən biri kimi, universitetin təhlükəsizlik bölməsi tərəfindən ciddi təhdid edilib. Ona bildirilib ki, universiteti tərk etmək üçün lazımi işləri 48 saat ərzində etməli və ali təhsil müəssisəsindən uzaqlaşmalıdır.

Bununla bağlı Salar Sərkeşi deyib: “Marağa universitetinin öyrənciləri türk dili və ədəbiyyatı üzrə iki vahid könüllü fənni olduqca rəğbətlə qarşıladılar. Misal üçün, cari semestrdə 90 öyrənci bu fənni seçib. Ona görə də biz universitetdə türk dili və ədəbiyyatı ixtisasının yaradılması tələbi ilə çıxış etdik və bunun üçün qanun çərçivəsində 950 imza topladıq. Sonra həmin imzaları və müraciətimizi universitetin rəisinə təqdim etdik.”

O həmçinin deyib: “Müraciətdən sonra universitetin təhlükəsizlik bölməsi şənbə günü mənim öyrənci kartımı aldı. Mənə bildirildi ki, kartı sonra gəlib geri alarsan. İki gün sonra fevralın 25-də isə məni ümumiyyətlə universitetə buraxmadılar. Bildirdilər ki, universiteti tərk etməlisən, rəsmi sənəd işlərinin görülməsi üçün yalnız bir gün vaxtın var…”

Salar Sərkeşinin dediyinə görə, imza toplayan digər öyrəncilərə, o cümlədən bir neçə qız öyrənciyə də universitetin təhlükəsizlik bölməsi tərəfindən təzyiq edilib.

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Bir cavab yazın