Bazar ertəsi , May 6 2024
azfa

İran bu addımla Bakını ABŞ-ın “Tehran planı”na qoşur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xocalı soyqırımından bir gün sonra Ermənistan baş naziri ilə görüşən və Tehrandakı “Ararat” kompleksində “Qarabağ Ermənistandır və Son” plakatının qaldırılmasına imkan verən İran rəsmiləri, əslində, özlərinə ziyan vururlar.

Bu sözləri Axar.az-a QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy Ermənistan Baş naziri Nikol Paşinyanın Tehranın “Ararat” klubunda erməni icması ilə görüşündə “Qarabağ Ermənistandır və Son” sözləri yazılmış plakatın qaldırılmasına münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycan cəmiyyətinin ən həssas olduğu Qarabağ haqqında, həm də Xocalı soyqırımının ildönümündə belə bir hadisənin baş verməsi İranın Azərbaycanla yaratmağa çalışdığı dostluq görüntüsünü məhv edir:

“İranın bu addımları Azərbaycanı İsrail və ABŞ rəsmiləri ilə yeni görüşlərə və İran məsələsində onlarla əməkdaşlığa təhrik edir. Bunun nə demək olduğunu rəsmi Tehran yaxşı başa düşür”.

N.Cəfərsoy vurğulayıb ki, Tehranın Qarabağ mövzusundakı bu ermənipərəst yanaşması Güney Azərbaycan türklərinin milli heysiyyatına da toxunur:

“Şüara gəldikdə isə Güneydəki soydaşlarımız bu məsələdə olduqca mahirdirlər. Növbəti “Traktor” oyunlarında Tehrandakı ermənipərəstlər çoxminli tərəfdarlardan bu şüarları eşidə bilərlər: “Xocalı soyqırımına dəstək verənlər bizdən deyil!” “Qarabağ Türk Yurdudur. Vəssalam!” “Təbriz bütöv Azərbaycanın paytaxtıdır!”

Qeyd edək ki, İranda rəsmi səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanın Tehranın “Ararat” klubunda erməni icması ilə görüşü zamanı qaldırılmasına icazə verilən plakatda ermənicə “Qarabağ Ermənistandır və Son” sözləri yazılıb.

Həmçinin yoxlayın

Güney Azərbaycanın şəhərlərində qızıl satıcılarının tətil aksiyaları genişlənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində qızıl satıcıları İranın yeni …

Azərbaycanlı sənət adamı evində molla rejimin qüvvələrinin hücumuna məruz qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT məmurları Aşqin xanım İmaminin …

Bir cavab yazın