İşğalçı fars rejim azərbaycanı fəal Ulduz Qasimini apelyasiya məhkəməsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim azərbaycanı milli-mədəni fəal Ulduz Qasimini apelyasiya məhkəməsinə çağırdı.

Fəala göndərilən elektron çağırışa görə azərbaycanlı fəal 2019-cu il mart ayının 3-də rejimin Qərbi Azərbaycanda yerləşən Baş Ədliyyə İdarəsinin Apelyasiya Məhkəməsinə müraciət etməlidir. Məhkəmədə azərbaycanlı fəalın “sistem əleyhinə təbliğ” ittihamına baxılacaq.

Qeyd edək ki, azərbaycanı milli-mədəni fəal Ulduz Qasimi rejim tərəfindən şərlənərək, 1 il həbsə məhkum edilib. Rejimin İTTELAAT İdarəsi dəfələrlə azərbaycanlı fəalı yaxalayaraq, həbs və işgəncələrə məruz qoymuşdur.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın