Bazar , Oktyabr 25 2026
azfa

İrqçı fars rejim işğalçı Ermənistana qazı Rusiyadan da ucuz satacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanı himayə edən işğalçı fars rejimi qazı Ermənistana Rusiyadan da ucuz satmaq istəyir. Ermənistan Energetika nazirinin müavini Qaregin Baqramyan deyib ki, İrandan Rusiyaya nisbətdə daha ucuz qaz almaq mümkündür.

“Təkliflər olub. Hazırda qiymətin böyüklüyünü açıqlamaq istəmirəm. Belə ki, yekun razılaşma yoxdur, amma yaxın zamanlarda biz qiymət təkliflərimizi ümumiləşdirəcəyik”, – deyə o bildirib.

O, İrandan qaz alışının Rusiya ilə heç bir siyasi problem yaratmayacağını deyib:

“Ermənistan indi də İrandan qaz alır, lakin ödənişi nağd yox, elektrik enerjisi ilə edirik. Əgər sərfəli təklif gəlsə, bu qazı pulla alacağıq. Bu əməkdaşlıqdır”.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın