Fars dilində türkləri təhqir edən kitabın nəşrinə etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan yerdə fars irqçiləri tərəfindən fars dilində nəşr edilən “Biri var idi, biri yox idi” kitabında türklər təhqir edilir. Bu irqçi təhqirlə bağlı Qərbi Azərbaycanın Urmiya şəhərinin millət vəkili Nadir Qazipur bu barədə rejimin İslami İrşad və Mədəniyyət naziri Abbas Salehiyə məktub göndərib. O fars yazıçısı Məhəmmədəli Camalzadənin fars rasizminə qulluq edən kitabının mağazalardan toplanmasını tələb edib.

Nadir Qazipur məktubunda yazır: “Türklər qəzetlərdə və televiziya kanallarında təhqir olunmuşdu, bu dəfə isə əziz azərbaycanlı əhalinin kobud təhqir edildiyi əsərlərin nəşr olunmasına şahid olduq. “Biri var idi, biri yox idi” kitabında həm türk dili, həm də azərbaycanlı əhalinin şüur və məqamı məqsədli şəkildə alçaldılmışdır”.

Qeyd edək ki, Məhəmmədəli Camalzadənin yazdığı “Biri var idi, biri yox idi” kitabının 74-cü səhifəsində türkləri təhqir edirlir. Kitabın həmin səhifəsində yazılır: “…Həmzə adlı bir ərəb arabaçı Bağdad zindanından qaçıb İrana gəlmiş və bu yolda uzun illər mehtər və arabaçı kimi işləmişdi. O bütün arabaçılar kimi atlarla türk dilində danışmağı özünə borc bilirdi və türk dilində olan çox sayda söyüşdən yalnız “qurban olum” sözünü əvəz edən, aşiqlə məşuqun dərdləşməsində istifadə olunan “köpək oğlu” sözündən başqa bir şey bilmirdi.”

Millət vəkilinin məktubu

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Bir cavab yazın