Çərşənbə axşamı , May 7 2024
azfa

Rejimin təyin etdiyi hakim azərbaycanlı fəal Kiyanuş Aslaninin ailəsinə təhqir etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin Tehranda Evin zindanında həbsdə saxladığı azərbaycanlı milli-mədəni fəal Kiyanuş Aslaninin ailəsi rejimin təyin etdiyi hakim tərəfindən təhqirə məruz qalıb. Fəalın ailə üzvləri onun dosyesi ilə bağlı məhkəməyə müraciət edərəkən təhqiramiz ifadələrlə qarşılaşıblar.

Rejimin Tehranda yerləşən İnqilab Məhkəməsinin 7-ci şöbəsinin hakimi fəalın ailəsinə qarşı təhqiramiz ifadələr işlədib və onu idarədən çölə çıxardıb.

Rejimin hakimi deyib: “Övladınızın vəziyyətinin bizimlə heç bir əlaqəsi yoxdur! Çıxın çölə, vaxtımızı almayın…”.

Qeyd edək ki, hazırda Tehranda yaşayan Ərdəbil sakinləri milli-mədəni fəallar Kiyanuş Aslani və Tohid Əmir Əmini Beynəlxalq Ana Dili Günü ərəfəsində Tehranda işğalçı fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

Kiyanuş Aslani bir neçə gün öncə ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Evin zindanının 4-cü bölümünə köçürüldüyünü bildirib. Fəal həmçinin deyib ki, birlikdə tutulduğu Təhid Əmir Əminini sonuncu dəfə saxlandığı gün görüb, onun hələ də həbsxananın 209-cu bölməsində saxlandığı ehtimal olunur.

Həmçinin yoxlayın

Molla rejimin ayrı-seçkilik və yarıtmaz siyasəti nəticəsində Ərdəbildə su böhranı yaşanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars0molla rejimin ayrı-seçkilik və yarıtmaz siyasəti nəticəsində …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal məzuniyyətə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Tehrandaki Evin zindanında həbsdə saxladığı …

Bir cavab yazın