Urmiya gölü ətrafına artıq qar və yağış yağmır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin Urmiya gölünü qurutması nəticəsinə Güney Azərbaycanın böyük hissəsi, xüsusilə Urmiya gölü və ətrafına qar və yağışların yağmadığı məlum olub. Şərqi Azərbaycan vilayətinin Su və Kanalizasiya Şirkətinin direktoru Əlirza İmanlu da bu barədə açıqlama verməyə məcbur olub.

Təbrizin Əndişə sayarında çıxış edən İmanlu deyib ki, Urmiya gölünün quruması şimal-qərb bölgəsində (Güney Azərbaycan) yağıntıların azalmasına təsir edib. Tədqiqatlara əsasən gölün quruması nəticəsində göyə yüksələn metan qazı yağıntıya səbəb olan buludların əmələ gəlməsinə mane olur.

Qeyd edək ki, son günlərdə Güney Azərbaycanda və Türkiyədə güclü qar yağdı. Lakin ABŞ-ın peykdən çəkilən bölgənin şəkillərini yayması ilə Urmiya gölü ətrafına qarın yağmadığı məlum olub. Bununla da msübut edilir ki, rejim Urmiya gölünü qurutmaqla Güney Azərbaycanı təkcə duz fırtınaları ilə deyil, həm də yağıntının kəskin azalması ilə xarabaya çevirmək niyyətindədir.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Bir cavab yazın