Bazar ertəsi , Sentyabr 28 2026
azfa

ABŞ Türkiyəyə qarşı PKK terror təşkilatına yeni raketlər göndərəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ PKK terror təşkilatına yeni raketlər göndərəcək. Vaşinqton bu dəfə terrorçuları “Stringer” qırıcı əleyhinə raketlərlə təmin edəcək.

Raketlər Suriyanın şimalı və şərqindəki işğal bölgəsində yerləşən terrorçulara tədarük ediləcək.

“Stringer”lərin yerləşdiriləcəyi yer də artıq bəllidir. Təşkilata Rimeylan, Şəddadi, Çələbiyə və Əl-Ömərdə raket daşıyıcılarını qoymaq üçün yer seçmək təlimatı verilib. Raketlərin istifadəsi üçün 30 PKK-çıya xüsusi təlimlər keçirilib.

Terrorçu PKK üçün Türkiyə və İraq sərhəd xəttində, həmçinin, Rakka bölgəsində yerləşdiriləcək raketlər Türkiyə, İraq və Suriyanın hava məkanına birbaşa təhdid ünsürü olacaq.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın