Şənbə , Sentyabr 26 2026
azfa

Türkiyədən neft tankerlərinə hücumu pislədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi bəyanatla bildirib ki, Oman körfəzində tankerlərə edilən hücumu qınayırıq.

“Son bir ay ərzində körfəz bölgəsində ticarət gəmilərinin ikinci dəfə hədəfə alınmasından dolayı narahatıq”, – XİN-in bəyanatında bildirilib.

Qeyd edək ki, ötən gün Oman körfəzində “Front Altair” və “Kokuka Courageous” adlı iki neft tankerinə hücum olub. Bəzi məlumatlara görə, gəmilərdə baş verən partlayışlar və yanğının səbəbi torpeda hücumudur. Ancaq bu versiya hələlik rəsmi təsdiqini tapmayıb.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …

Bir cavab yazın