İrqçi fars rejim azərbaycanlı fəal Müctəba Pərvini həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə yerləşən 2 nömrəli məhkəməsinin 101-ci şöbəsi azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvini 3 ay həbsə məhkum etdi

Qərəzli hesabat əsasında çıxarılan qərarda fəalın dövlət mülkiyyətinə ziyan vurma (ayaq zərbələri ilə polis avtomobilinə xəsarət yetirmə) ittihamı ilə həbs cəzasına məhkum edildiyi bildirilir.

Halbuki, azərbaycanlı fəal iyunun 16-da məhkəmə tərəfindən göndərilən çağırış vərəqəsində “Sistemin əleyhinə təbliğat aparmaq və ümumi nizam-intizamı pozmaq”da ittiham edildiyi qeyd olunmuşdur.

Azərbaycanlı fəalın şikayətçisi rejimin Polis İdarəsi, şahidləri də rejimin polisi olmuşdur. Həbs qərarı rejimin ETTELAAT və Polis İdarələrinin istəyi əsasında çıxarılıb.

Qeyd edək ki, Müctəba Pərvin 2018-ci il oktyabrın 9-da öz atası evində yaxalanmışdı. Yaxalanma səbəbi rejimin qanunsuz hesab etdiyi toplantı olub. Fəalın toplantıda iştirak etməklə bağlı ittihamı isə rejimin Ərdəbildə yerləşən məhkəməsinin 12-ci şöbəsində elan olunmuş və zaminə buraxılması üçün 15 milyon tümənlik mülki vəsiqə tyin edilmişdi.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın