Bazar , Sentyabr 27 2026
azfa

Netanyahu İsraili hədələyən İrana “F-35” qırıcılarını xatırlatdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu İsraili hədələyən İranı “F-3“” qırıcıları ilə hədələyib.

B.Netanyahu ən yeni “F-35” qırıcı-bombardmançı təyyarələrinin eskadrilyasına baş çəkib.

Baş nazir İranı bu təyyarələrdən istifadə etməklə təhdid edib:

“İran bu yaxınlarda İsraili məhv etməklə hədələdi. O başa düşməlidir ki, bu təyyarələr Yaxın Şərqdə İran və Suriya daxil olmaqla istənilən yerə uça bilər”.

Xatırladaq ki, İsrail ABŞ-dan 50 ədəd beşinci nəsil “F-35” qırıcısı sifariş verib və ən azı doqquz ədədini alıb. İsrail Yaxın Şərqdə həmin təyyarələrə sahib yeganə ölkədir və dünyada ilk dəfə “F-35” qırıcısını döyüşdə tətbiq edib.

Həmçinin yoxlayın

Türkiyədə “Urmiya bulvarı” istifadəyə verilib- Video

GADTB: Qardaşlaşmış şəhərlər müqaviləsi və şəhərsalma əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Türkiyənin Şanlıurfa şəhərində iki şəhər rəsmilərinin …

Bu gün Azərbaycanda Anım Günüdür

GADTB: Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali …

Bir cavab yazın