Bazar , Noyabr 29 2026
azfa

Trampa İrana yenidən hücum etməsi üçün təzyiqlər artır

GADTB: “Financial Times” qəzeti xəbər verib ki, ABŞ və İsraildəki sərt mövqeli rəsmilər Donald Trampa İran İslam Respublikasına qarşı hərbi hücumları bərpa etməsi üçün təzyiq göstərirlər. Eyni zamanda, ABŞ ordusunun döyüş hazırlığının zəifləməsi ilə bağlı narahatlıqlar artır.

Məlumatlı üç mənbə bildirib ki, ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) hökumətə xəbərdarlıq edib: dekabrın sonundan sonra qüvvələrin Yaxın Şərqdə genişmiqyaslı yerləşdirilməsinin davam etdirilməsi onların əməliyyat imkanlarını və döyüş hazırlığını zəiflədə bilər.

Mənbələrdən biri bildirib ki, CENTCOM hökuməti “vaxtın tükənməkdə olduğu” barədə xəbərdar edir və mövcud vəziyyətin davam etməsi ABŞ-ın maliyyə resurslarını və hərbi imkanlarını tükəndirir.

Məlumata görə, İran İslam Respublikası ilə hərbi qarşıdurmanın davam etməsi ABŞ ordusunun dünyanın digər bölgələrindəki mümkün təhdidlərə qarşı mübarizə aparmaq hazırlığını da azalda bilər.

Bununla belə, ABŞ-ın bir hərbi rəsmisi CENTCOM-un fürsətin tükənməkdə olduğu barədə xəbərdarlıq etməsi ilə bağlı yayılan məlumatı təkzib edib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …