Cümə , Sentyabr 25 2026
azfa

Güney Azərbaycanda məşhur azərbaycanlı karikaturaçı yol qəzasında ölüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda məşhur azərbaycanlı karikaturaçı və incəsənət xadimi Şəhram Rzayi Ərdəbil-Meşginşəhr ölüm caddəsində kimi tanınan yolda yol qəzasına düşərək həyatını itirib.

Güney Azərbaycanın Ərdəbil şəhərindən olan karikaturaçının avtomobili avqustun 5-də axşam saatlarında Ərdəbildən Meşginşəhrə (Xiyav) gələrkən qəzaya düşüb. Hadisə nəticəsində məşhur sənətkar dünyasını dəyişib.

Tanınmış incəsənət xadimi Şəhram Rzayi həmçinin rəssam, dizayner və universitet müəllimi olub.

Şəhram Rzayi ölkə daxilində və beynəlxalq səviyyədə keçirilən bir çox festivalda iştirak edib və 180-dan çox mükafat qazanıb. O iki il əvvəl karikatur üzrə “Oskar” mükafatına da layiq görülüb.

Həmçinin yoxlayın

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …

Bir cavab yazın