Türkiyə Qıbrısın şimalında qazma işlərini davam etdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Yavuz” geoloji kəşfiyyat gəmisi Şimali Kiprin sahillərində neft və qaz axtarışlarına başlayıb.

Bunu Türkiyənin Energetika və Təbii ehtiyatlar naziri Fateh Dönmez deyib.

Onun sözlərinə görə, ərazidə 1700 metr dərinliyində quyular qazılıb.

Nazir əlavə edib ki, kəşfiyyat işləri 2,5-3 ay ərzində davam edəcək:

“Biz qanuni hüquqlarımıza uyğun olaraq qazma işlərini davam etdirəcəyik”.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …

Bir cavab yazın