Türkiyəyə S-400 raketlərinin ikinci hissəsi gətirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sabahdan etibarən S-400 havadan müdafiə sisteminin ikinci batereyaları və avadanlıqlarının Türkiyəyə gətirilməsinə başlanacaq.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bu barədə açıqlamasında bildirib. Nazir Rusiyadan Türkiyəyə S-400 tədarükünün iyulun 12-də başlandığını xatırladıb.

H. Akar onu da vurğulayıb ki, Türkiyənin Suriyada təhlükəsiz zona ilə əlaqədar tələbləri qəbul edilmədiyi halda Türkiyə “B” və “C” planlarından istifadə edəcək.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …

Bir cavab yazın