Bazar , Oktyabr 25 2026
azfa

Rejim azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqini məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqini rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinə çağırılıb.

Fəala məhkəmənin elektron sistemi tərəfindən göndərilən çağırış vərəqəsinə əsasən o sentyabrın 3-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməlidir. Fəal “Sistem əleyhinə təbliğat aparmaq” ittihamından özünü müdafiə etməlidir.

Azərbaycanlı fəal 2018-ci il oktyabrın 21-də virtual aləmdə yalan məlumat yaymaq, ölkəyə müxalif olan cəmiyyətlərə üzv olmaq və sistem əleyinə təbliğat aparmaqda şübhəli bilinərək Sepahın Təhlükəsizlik Bölməsi tərəfindən yaxalanmışdır. Lakin daha sonra rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsi birinci iki ittihamla bağlı icraata xitam verilməsinə dair qərar qəbul edib. Fəal indi isə sistemin əleyinə təbliğat aparmaq ittihamı ilə mühakimə ediləcək.

Qeyd edək ki, 2018-ci il oktyabrın 21-də yaxalanılan azərbaycanlı fəal bir neçə gün sonra oktyabrın 31-də 150 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq Təbrizin mərkəzi zindanından sərbəst buraxılmışdır. Nəsim Sadiqi Azərbaycan türk millətinin demokratik və milli hüquqlarını müdafiə etdiyi üçün rejim tərəfindən yaxalanmışdır.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın