Çərşənbə , May 14 2025
azfa

İrqçi fars rejim Şərqi Azərbaycan istehsalçılarını iflasa uğratdırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycana qarşı müstəmləkə siyasəti o qədər kəskin xarakter alıb ki, artıq hamı açıq şəkildə bu düşmənçiliyi müşahidə edir.

Şərqi Azərbaycanda Təbriz Sənaye, Mədən, Kənd Təsərrüfatı və Ticarət Palatasının rəisi Yunus Jalə də rejimin qəsdən azərbaycanlı istehsalçıları iflasa uğratdığını görərək məsələyə etiraf etməyə məcbur olub.

O etiraf edib ki, dövlətin Şərqi Azərbaycanda istehsalçılara qarşı həddindən artıq təzyiqi və sərt qaydalar tətbiq etməsi onların vəziyyətini çətinləşdirib.

Jalə həmçinin deyib ki, iş və investisiya mühitində təhlükəsizliyin olmaması vilayətdə investorların fəaliyyətinə mənfi təsir göstərib. Xam materialın qiymətinin sabit olmaması isə sənayenin ciddi tənəzzülünə gətirib çıxarıb.

Həmçinin yoxlayın

Evin zindanın qarşısında etiraz aksiyası keçirilib

GADTB: Mayın 13-də Tehranın Evin zindanında həbsdə saxlanılan siyasi məhbusların ailə üzvləri həbsxana qarşısına toplaşaraq …

Təbrizdə tarixi ev dağıdılıb

GADTB: Güney Azərbaycanda tarixi abidələrdən Təbrizdə qədim tarixə malik olan ev ekskavatorla sökülüb. Məlumata görə, …

Bir cavab yazın