Çərşənbə , May 6 2026
azfa

Azərbaycanlı fəallar Ərdəbil məktəblərində türk dilində olan kitblar payladılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən təhsil ilinin başlanğıcının ikinci günü- sentyabrın 24-də azərbaycanlı fəallar Güney Azərbaycanın Ərdəbil şəhərinin məktəblərində türk dilində olan kitblar payladılar.

Türkcə kitabların oxunmasını yayğınlaşdırmaq məqsədilə azərbaycanlı fəallar Ərdəbildə məktəblərə gedərək şagirdlərə çox sayda türkcə kitab hədiyyə ediblər.

Azərbaycanlı fəalların türk dilində təhsilə qoyulan qadağaya qarşı etiraz xarakteri daşıyan bu mədəni hərəkət bundan öncə də həyata keçirilib.

Azərbaycanlı fəallar eyni zamanda İran adlanan ölkədə türk dilinin rəsmi dil olması və ana dilində təhsilin əhəmiyyəti ilə bağlı söhbət edib, bu barədə şagirdlər, valdeynlər və müəllimlərin fikir və təkliflərini öyrəniblər.

Həmçinin yoxlayın

Molla rejimi Həmədanda 40 vətəndaşın əmlakını “vətənə xəyanət” ittihamı ilə müsadirə edib

GADTB: İran məhkəmə sistemi Həmədan əyalətində 40 nəfərin əmlakının “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” ittihamları …

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …

Bir cavab yazın