Cümə axşamı , Sentyabr 24 2026
azfa

Rejim azərbaycanlı fəal Əta Kərimini Urmiyada məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim  azərbaycanlı milli-mədəni fəal Əta Kərimini Urmiyada yerləşən İnqilab Məhkəməsinə çağırılıb.

Bununla bağlı fəal oktyabrın 14-də çağırış vərəqəsi göndərilib.  Çağırış vərəqəsi əsasən azərbaycanlı fəal 10 gün ərzində İnqilab Məhkəməsinin 6-cı şöbəsinə müraciət etməlidir.

Rejimin azərbaycanlı fəalı 4 il əvvəl açılmış işlə bağlı məhkəməyə çağırıldığı bildirilir.

Rejim azərbaycanlı fəalı şərləyərk, “Sistemin əleyhinə təbliğat aparmaq”da ittiham etmişdi və yaxalanan fəal 2016-cı il yanvarın 11-də mülki vəsiqə qarşılığında müvəqqəti olaraq Urmiya zindanından sərbəst buraxılıb. Fəal saxlandığı müddətdə həbsxananın acınacaqlı şəraitinə görə ağır xəstələnmişdir.

Əta Kərimi həmçinin 2019-cu il iyun ayının 1-də də rejimin Urmiyada yerləşən İnqilab Məhkəməsinin 6-cı şöbəsinə çağırılmışdır. Rejim azərbaycanlı fəalı bir daha şərləyərk,  “Sistemin əleyhinə olan qruplara üzv olmaqla milli təhlükəsizliyi pozmağa cəhd göstərmək”də də ittiham edib. Fəal 1 milyard riallıq mülki vəsiqə qarşılığında müvəqqəti zaminə buraxılıb.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əli Nejadabbasinin Təbriz həbsxanasında həbsi davam edir

GADTB: Bostanabad bölgəsindən olan azərbaycanlı siyasi məhbus Əli Nejadabbasi cəzasını çəkmək üçün hazırda Təbriz həbsxanasının …

İranın müsadirə edilmiş 600 milyon dollar dəyərində 6 milyon barrelə yaxın nefti ABŞ-a aparılır

GADTB: TankerTrackers-in məlumatına görə, İranın müsadirə edilmiş, ümumi dəyəri təxminən 600 milyon dollar olan 6 …

Bir cavab yazın