Çərşənbə , Sentyabr 30 2026
azfa

Təbrizin kənar hissəsində yerin çökməsi ilə qədim şəhər qalıqları üzə çıxdı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Təbrizin Heydərabad məhəlləsində Mələkuti Dükanları kimi tanınan ərazidə suyun sızması nəticəsində yer çöküb. Bunun nəticəsində isə yerdən qədim şəhər qalıqları aşkarlanıb.

Bir müddət öncə isə Təbrizin mərkəzində Valman klüçəsində tikinti ilə bağlı aparılan qazıntı nəticəsində yerin altında qədim şəhər və evlərin qalıqları aşkarlanmışdı. Lakin rejimin rəsmiləri ört-basdır etməklə tikinti işlərinə davam edib və tapılan böyük şəhər qalığını məhv etdilər.

Bunlar isə göstərir ki, Təbrizin əksər yerlərində qazıntının aparılması nəticəsində Təbrizin qədim mədəniyyətinin qalıqlarına rast gəlmək mümkündür.

Həmçinin yoxlayın

“Elektra” tamaşası Təbrizdə türkcə səhnəyə qoyulub

GADTB: Qədim Yunanıstanın ən məşhur tragedialarından biri olan “Elektra” tamaşası bu dəfə fars dilində deyil, …

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb

GADTB: Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra müqavilələr və anlaşma memorandumları imzalanıb. …

Bir cavab yazın